Şirvan şəhərində inşaat materiallarının satışı mağazasından 18 327 manat və 800 ABŞ dolları oğurlanıb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polisə daxil olan məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. pizza sifarişi
Araşdırmalar zamanı müəyyən edilib ki, V.Əhmədov oğurluğu əvvəlcədən planlaşdırıb. O, hadisə zamanı maska və əlcəkdən istifadə edib.
Faktla bağlı cinayət işi başlanılıb. V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aytac Əliyeva
Telegram kanalımız