Bakıda arvad ərini bellə döydü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda arvad ərini bellə döydü

Kriminal

30 Dekabr 2025 11:55 516


Bakıda arvad ərini bellə döyüb.

"Yeni Sabah" oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Şəki rayonunda qeydiyyatda olmaqla Binə qəsəbəsində yaşayan, 1993-cü il təvəllüdlü Gülər Ağayeva (adı və soyadı şərtidir) yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə G.Ağayeva həyətdəki bellə ərinin baş və sifət nahiyələrinə zərbələr endirib.

Kişinin şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər, qadın saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib, qadın məsuliyyətdən azad olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!