İlham Əliyev Maya Sandu ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Maya Sandu ilə görüşdü

Siyasət

12 Noyabr 2026 16:27 77


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlandı.

Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxundu və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirdi. Onlayn mağaza

Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.

Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!