Türkiyənin Liberal Demokrat Partiyasının (LDP) keçmiş sədri, iş adamı Besim Tibuk kürdlərlə bağlı qalmaqallı fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, o, ölkədə yaşayan kürdlərin qonşu ölkələrdəki soydaşları ilə müqayisədə daha yaxşı şəraitdə olduğunu iddia edib:
"Kürdlərin Türkiyədə olması onlar üçün çox böyük şansdır. Türk vətəndaşı olduqları üçün öpüb başlarına qoysunlar. Baxıb görsünlər ki, digər kürdlər İraqda, Suriyada və İranda necə yaşayırlar". İnternet mağaza
Tibukun bu sözləri Türkiyə ictimaiyyətində və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb.
Nazim Hacıyev
Telegram kanalımız