Bakıda bayram namazı qılındı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bayram namazı qılındı

Maraqlı

21 Aprel 2023 08:44 797


Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb. 

"Report"un xəbərinə görə, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq. Dominos pizza

Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!