Bakıda böyük söküntü başlayır - Bu evlər   PLANA DÜŞDÜ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda böyük söküntü başlayır - Bu evlər PLANA DÜŞDÜ

Sosial

13 Yanvar 2026 19:27 6850


Azərbaycanın müxtəlif ərazilərində infrastrukturun yenilənməsi həyata keçirilən sahələrdə mühafizə zonaları yaradılır.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

V.Orucov bildirib ki, artıq Ağdaş və Şəmkirdə təhlükəli ərazilərdə yerləşən fərdi yaşayış evlərinin köçürülməsinə başlanılacaq. Pepperoni pizza

"Bunun üçün müvafiq qurum tərəfindən iki tender elan olunub. Bu satınalmalarda qeyd olunan ərazilərdəki fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən alınması nəzərdə tutulur. Onların köçürülməsi zamanı ödəniləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün qiymətləndirmə fəaliyyətinin satın alınması istiqamətində də işlər görülüb. Bu, olduqca vacib məsələdir".

Sədr qeyd edib ki, məlum olduğu kimi, Bakıda kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz hala gətirən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur.

"Bu evlərin və tikililərin yağış sularından zərər görməməsi üçün köçürülməsi zəruridir. Dövlət bu baxımdan həmin ərazilərdə yaşayanlara və tikililərin sahiblərinə kompensasiya ödəyərək köçürülməni həyata keçirəcək. Bu prosesdə qiymətləndirmənin böyük önəmi var. Bütün hallarda həmin ərazilərdə yaşayanlara əvvəlcədən məlumat veriləcək. Belə ki, 1600-dən çox fərdi yaşayış evi və ya digər tikilinin köçürülməsi böyük məbləğdə kompensasiya və zaman tələb edir. Yağış sularından təhlükəsizliyin təmin edilməsi baxımından bu addımların atılması çox vacibdir. Düşünürəm ki, bunun üçün satınalmaların elan olunmasına ehtiyac var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!