Bakıda bu ərazilərin   adları dəyişə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu ərazilərin adları dəyişə bilər

Sosial

16 Oktyabr 2026 11:50 87


Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa yaşayış məntəqələrinin adlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması təklifi ilə çıxış edib.

"Yeni Sabah" xəbər verir ki, millət vəkili müstəqil dövlətimizin mahiyyətinə cavab verməyən, sovet dövründən qalan bəzi yaşayış məntəqələrinin və küçələrin adlarının dəyişdirilməsinin vacibliyini vurğulayıb. Deputat bu məsələyə nümunə olaraq Sabunçu rayonu ərazisindəki “Sovxoz 2” və “Ramana Gülçülük sovxozu” kimi adları göstərib.

F.Mustafa bildirib ki, həmin adlar günümüzün reallıqlarını əks etdirmir və onların yenilənməsi məsələsinə daha operativ yanaşılmalıdır. Deputatın fikrincə, adların dəyişdirilməsi işinin kompleks şəkildə həyata keçirilməsi əlavə maddi vəsait xərclənmədən problemin köklü həllinə imkan verə bilər. Dominos pizza

O, həmçinin Pirşağı ərazisinin tərkibində yerləşən və təxminən 15 min nəfərin yaşadığı məntəqənin adının da müstəqil Azərbaycanın dövlətçilik mahiyyətinə uyğun olaraq dəyişdirilməsinə diqqət yetirilməsini istəyib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!