Ətraf mühitin qorunması, enerji resurslarından səmərəli istifadə və bərpaolunan enerji mənbələrinin inkişafı sənaye, inşaat və ekoloji təhlükəsizlik baxımından qlobal prioritetə çevrilib.
Bu sözləri tədbir zamanı çıxışında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan (AZSTAND) Baş direktorunun müavini və Baş direktor vəzifəsini icra edən Kəmalə Məmmədzadə bildirib. Onun sözlərinə görə Azərbaycan Standartlaşdırma İnstitutu energetika və yanacaq sahəsində beynəlxalq qabaqcıl təcrübəyə söykənən normativlər qəbul edərək istixana qazlarının azaldılmasına və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsinə töhfə verir, belə ki, hazırda bu istiqamətdə 60-dan çox dövlət standartı qüvvədədir:
“Yeni standartların qəbulunda dinamik artım müşahidə edilir: 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 132 və 2025-ci ildə 345 yeni standart təsdiqləndiyi halda, 2026-cı ilin ilk 9 ayı ərzində 620 yeni dövlət standartı qəbul olunub ki, bunların da 530-dan çoxunu islah standartları təşkil edir. Eyni zamanda normativ sənədlərin aktuallığını saxlaması üçün cari ilin 9 ayında 28 dövlət standartı yoxlanılıb. Qanunvericiliyə uyğun olaraq 2025-ci ilin dekabrında təsdiqlənən və 2026-cı ilin iyulunda dəyişikliklər edilən "2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı" çərçivəsində 4000-ə yaxın normativ sənədin işlənməsi planlaşdırılır. İndiyədək mexaniki və hidravlik sistemlər üzrə 442, neft texnologiyaları üzrə 338, tekstil və yüngül sənaye üzrə 330, ətraf mühit və əməyin mühafizəsi üzrə isə 132 standartın qəbulu yekunlaşıb”. Toyuqlu pizza
K.Məmmədzadə qeyd edib ki, sektor üzrə fəaliyyətin təşkili məqsədilə texniki komitələrin inkişafı davam etdirilir bu il xüsusilə maşınqayırmanın mexaniki və hidravlik sistemləri, məhkəmə ekspertizaları və istehlak malları üzrə 3 yeni Texniki Komitə təsis olunub:
“Ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən Azərbaycan Standartlaşdırma İnstitutu ISO, CEN, MQS, IEC və SMIIC kimi mötəbər qlobal təşkilatlarla sıx əməkdaşlıq edir. Təqdimat hissəsində İnstitutun keyfiyyət infrastrukturu üzrə həyata keçirdiyi geniş fəaliyyət haqqında ətraflı məlumat verilib”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız