Bakıda cibgir ələ keçdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda cibgir ələ keçdi - Foto

Kriminal

04 Aprel 2020 15:20 935


Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsionin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

Verilən məlumata əsasən, onun paytaxt sakini Rəvan Rzayevin mobil telefonunu və daha bir qadının pul kisəsini oğurlaması da müəyyən edilib. Dördpendirli pizza

Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!