Bakıda ərəb turist görüşdüyü qızı döydü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ərəb turist görüşdüyü qızı döydü

Kriminal

02 İyun 2022 15:04 1694


Bakıda ərəb turist tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirən qadın polisə müraciət edib.

Yenisabah.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edən 1994-cü il təvəllüdlü F.İsayeva mayın 31-də gecə saat 02:00 radələrində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı, 2000-ci il təvəllüdlü Avadh Saeed Alajeel tərəfindən döyüldüyünü bildirib.

O qeyd edib ki, tanış olduğu şəxslə Nəsimi rayonu Həzi Aslanov küçəsi, 97 ünvanında yerləşən binadakı mənzildə görüşüb. Gecə saatlarında onların arasında münaqişə baş verib və ərəb turist 28 yaşlı qadını xuliqanlıq zəminində döyüb. pizza mizza

İlkin araşdırma zamanı BƏƏ vətəndaşının mayın 30-da Bakıya turist kimi gəldiyi məlum olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!