Bakıda əsgər intihara cəhd etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əsgər intihara cəhd etdi

Maraqlı

10 Sentyabr 2023 10:30 585


Bakıda əsgər intihara cəhd edib.

Yenisabah.az xəbər verir ki, Ədliyyə Penitensiar Xidmətinin Mühafizə Alayı əsgəri, 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhmən oğlu xidmət zamanı silahla baş nahiyəsinə atəş açıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 09.09 2023-cü il tarixində saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib. Sezar pizza

Əsgər K.B.Cəfərov təcili xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir, müalicə olunur. Həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!