Bakıda evdən 8000 manat oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evdən 8000 manat oğurlandı

Kriminal

16 Mart 2023 10:53 853


Bakıda evdən 8000 manatlıq oğurluq edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. Dördpendirli pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Nəcəfqulu Quliyev və Qurban Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!