Bakıda evlərdən 23 min manatlıq oğurluq edildi 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evlərdən 23 min manatlıq oğurluq edildi 

Kriminal

22 İyul 2022 11:12 895


Bakıda evlərdən 23 000 manatlıq oğurluq edilib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsindəki evlərin birindən 4 900 manat pul, 15 100 manat dəyərində noutbuk, geyim və məişət əşyaları, digər evdən isə 3 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıb. pizza mizza

Faktla bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!