Bakıda tozlu hava şəraiti müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1,2-1,3 dəfə çoxdur.
Məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakter daşıyır. Tozlu hava cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub. pizza sifarişi
Qeyd olunub ki, meteoroloji vəziyyətdən asılı olaraq tozlu hava şəraitinin iki gün ərzində davam edəcəyi gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız