Bakıda keçiriləcək WUF13 Nayrobidə beynəlxalq ictimaiyyətə tanıdıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçiriləcək WUF13 Nayrobidə beynəlxalq ictimaiyyətə tanıdıldı

Siyasət

26 Noyabr 2025 17:41 475


Azərbaycan nümayəndə heyəti Nayrobidə keçirilən UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edib.

Azərbaycanın Keniyadakı səfirliyindən "Yeni Sabah”a bildirilib ki, tədbirdə 2026-cı ildə Bakıda baş tutacaq Dünya Şəhərsalma Forumu barədə geniş təqdimat keçirilib, hazırlıq prosesi və əməkdaşlıq imkanları müzakirə olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev WUF13-ün beynəlxalq şəhərsalma əməkdaşlığını gücləndirəcəyini və Forum tarixində ilk dəfə liderlərin Zirvə Görüşünün keçiriləcəyini bildirib. UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın hazırlığını yüksək qiymətləndirib. Marqarita pizza

Sessiya çərçivəsində Azərbaycan və Somalinin həmsədrlik etdiyi “Hər kəs üçün münasib mənzil” təşəbbüsü üzrə məruzə təqdim edilib, həmçinin nümayəndə heyətləri üçün rəsmi qəbul təşkil olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!