Bakıda kuryerlər boykota başladı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kuryerlər boykota başladı - VİDEO

Hadisə

06 Dekabr 2024 14:02 1124


Bakıda "Wolt" şirkətinin kuryerleri aksiya keçirirlər.

Musavat.com xəbər verir ki, kuryerlər 50 nəfərin profili səbəbsiz yerə bloklandığı üçün heç bir sifarişi qəbul etmirlər.

Kuryerlərdən biri Vasif Əliyev saytımıza bildirib ki, profilləri bloklanıb və qiymətlər olduqca aşağı salınıb: "Bu gün 50-dən çox kuryerin profili bağlanıb. "Wolt" şirkətinə müraciət etsək də, onlar bu müraciətlərə baxmırlar və heç bir səbəb göstərmirlər. Buna görə də, məsələ həll olunana qədər heç bir sifarişi götürməyəcəyik." Pepperoni pizza

Qeyd edək ki, baş vermiş bu hadisə tez-tez yaşanır. Bundan öncə də bu şirkətin kuryerləri sifarişlərin qiymətinin az olmağına görə boykot etmişdilər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!