25 Sentyabr - 05:22
Bakıda metroya giriş məhdudlaşdırılacaq - Video

Bakıda metroya giriş məhdudlaşdırılacaq - Video

Sosial

23 Sentyabr 2022 07:55 1136


Son günlər yeraltı nəqliyyatdan  istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir. Bakı Metropoliteni də vəziyyəti təsdiq edir. Bəs vəziyyətdən çıxış yolu nədir? 

Hər gün minlərlə insan metrodan bu vəziyyətdə istifadə edir.

Sərnişinlər bildirir ki, son günlər vəziyyət bir qədər dəyişib. Hətta elə olur ki, sıxlıq ucbatından metroya daxil ola bilmirlər.

Sərnişinlər bildirir ki, hətta sıxlığa görə halı pisləşənlər də az olmur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da son günlər metroda sıxlığın daha çox artdığını təsdiq edir. Onun sözlərinə görə buna səbəb ümumilikdə şəhərdəki sıxlığın artmasıdır.

Bəxtiyar Məmmədovun sözlərinə görə sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.

Metropoliten sözçüsünün sözlərinə görə əgər son günlərdəki sıxlıq bir az da davam edərsə platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!