Bakıda postlar yığışdırıldı - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda postlar yığışdırıldı - Rəsmi açıqlama

Sosial

18 May 2020 09:46 949


Daxili İşlər Nazirliyi Bakıda polis postlarının yığışdırıldığını açıqlayıb.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Nazirlər Kabienti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, bu gündən vətəndaşların SMS icazə alaraq evdən çıxması sisteminin ləğv olunmasına görə payaxtın bəzi küçə və prospektlərində quraşdırılımış xüsusi polis postlarının fəaliyyətinə artıq ehtiyac qalmayıb:

“Bəzi küçələrdə quraşdırılan xüsusi polis postları yığışdırılıb. Amma polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər. Piyada naryadları və post patrul xidməti ilə birlikdə gücləndirilmiş vəziyyətdə şəhərin parklarında, bulvarda, insanların sıx toplaşdığı ərazilərdə sosial məsafəyə, tibbi maskalardan istifadə etmələrinə, fəaliyyətinə icazə verilmiş obyektlərin müəyyən olunmuş qrafik üzrə fəaliyyət göstərmələrinə tam nəzarət ediləcək”.  Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!