Bakıda qadın boğularaq öldürülüb: Əri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın boğularaq öldürülüb: Əri saxlanıldı

Kriminal

05 May 2024 16:57 986


Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Ayşən Namaz qızı Məmmədova boğularaq qətlə yetirilib. Marqarita pizza

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Nurəddin Mehbalı oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!