Bakıda saxta pul çap edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda saxta pul çap edənlər saxlanıldı

Kriminal

26 Avqust 2020 12:25 1362


Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, polisə avqustun 21-də Yasamal rayon ərazisində B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev saxlanılıb. Dördpendirli pizza

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X. Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!