8 Noyabr prospektində təmir olunan yol hissəsi yenidən çöküb.
"Yeni Sabah" xəbər verir ki, sözügedən ərazidə yolun müxtəlif hissələrində dəliklər yaranıb. Hətta əsas hərəkət hissəsində yeni asfalt qatı vurulan bəzi yerlər də yenidən çöküb.
Bununla yanaşı, yolun kənarında səkinin ətrafındakı daşlar da qoparaq tökülüb. Toyuqlu pizza
Prospektdən mütəmadi istifadə edən sürücülər yolun bu vəziyyətinin onlar üçün ciddi problem yaratdığını bildiriblər. Onların sözlərinə görə, əsas narahatlıq yolun təmirdən qısa müddət sonra yenidən bu vəziyyətə düşməsidir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda ərazidə bərpa işlərinin aparılması ilə bağlı layihə hazırlanır.
Qeyd olunub ki, bu məqsədlə ərazidə zəruri geoloji və topoqrafik tədqiqatlar aparılıb, mövcud vəziyyət qiymətləndirilib və əldə olunan nəticələr əsasında müvafiq layihə həlləri hazırlanıb.
Agentlikdən bildirilib ki, nəzərdə tutulan mühəndislik tədbirlərinin icrası nəticəsində mövcud problemin tam aradan qaldırılması hədəflənir.
Telegram kanalımız