Elmi-Tədqiqat Kardiologiya İnstitutunda stasionar müalicə alan bir qrup pasiyent xəstəxananın qapılarının axşam saatlarında bağlanmasından və həyətə çıxmağa icazə verilməməsindən narazıdır.
"Yeni Sabah" "Xəzər" TV-yə istinadla xəbər verir ki, xəstələrin iddiasına görə, axşam yeməyinin miqdarı azaldılıb, menyuda sadəcə iki dilim qara çörək, bir tikə ət və bir ədəd kartof olub. Bundan başqa, xəstəxananın qapısının saat 18:00-dan sonra bağlandığı və xəstələrin həyətə çıxmasına icazə verilmədiyi iddia olunur.
Xəstəxənada olan pasiyentlər də iddiaları təsdiqləyiblər. pizza sifarişi
İddialara Kardiologiya İnstitutunun elmi katibi, həkim-kardioloq Təranə Cavadova aydınlıq gətirib:
"Bütün xəstələrin və özümüzün təhlükəsizliyini və onların sağlamlığını qorumaq lazımdır. Qapılar bağlanmır, sadəcə xəstələrin xəstəxananın hüdudlarından kənara çıxmağa icazəsi yoxdur. Bu, birmənalıdır. Pəhriz, rejim öncəlik daşıyır. Xəstə hansı dərman preparatını qəbul etsə, lakin rejimə riayət etməsə, o həkimin göstərdiyi səylərin heç bir nəticəsi olmur".
Telegram kanalımız