Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ

Sosial

22 Sentyabr 2026 20:21 249


Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. pizza hut

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Xatırladaq ki, daha əvvəl Bakı Dövlət Universiteti 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslərin məsafədən - onlayn formada təşkil olunacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!