Bakıdakı bu evi 10 ildən çoxdur alan yoxdu: Qiyməti 3 milyon endirildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı bu evi 10 ildən çoxdur alan yoxdu: Qiyməti 3 milyon endirildi - FOTO

Sosial

21 Sentyabr 2026 13:48 299


Bakıda uzun illərdir satışa çıxarılmış dəbdəbəli malikanənin qiyməti daha 3 milyon manat endirilib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.

Belə ki, paytaxtın Nəsimi rayonu, Tbilisi prospektinin yaxınlığında yerləşən villanın satış qiyməti bu dəfə 12 milyon manata düşüb. Pepperoni pizza

Məlumata görə, 1.500 m² tikili və 35 sot torpaq sahəsinə malik mülk 2014-cü ildən satışa çıxarılsa da, alıcısı tapılmayıb. Nadir memarlıq üslubuna malik 10 otaqdan ibarət premium malikanə daha əvvəllər müxtəlif dövrlərdə 17, 16 və 15 milyon manata təklif olunub.

Mətbuatda villanın 2002-2006-cı illər ərzində 12 ballıq zəlzələyə davamlı olaraq inşa edildiyi barədə məlumat dərc olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!