Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və xanımı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər.
Yenisabah.az teleqraf.com-a istinadla xəbər verir ki, cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş.
Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Ailəlidir, iki övladı var. pizza hut
Cütlük əhdini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıblar. Onlar təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar.
Telegram kanalımız