Bakının bu ərazisində yaşayanlar köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində yaşayanlar köçürüləcək

Sosial

23 Sentyabr 2026 16:55 244


Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.

Ölkə.az-ın xəbərinə görə, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təsdiqlənib.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri “Xezer-Construction” MMC-yə həvalə olunub. pizza mizza

Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 mln 229 min 641 manat ödəniləcək.

Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ilkin qiyməti 49 mln 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!