Bakının bu ərazisində yeni park salınır

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində yeni park salınır

Sosial

11 May 2024 15:48 1305


Bakı şəhərində yeni park salınacaq.

Yenisabah.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni park Yasamal rayonundakı S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrinin əhatəsində yerləşəcək.

Bu da 2019-cu ildə açılışı olan və paytaxtın simasını gözəlləşdirən Mərkəzi parkın davamı olaraq nəzərdə tutulub. Dördpendirli pizza

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni park üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlayıb.

Qurum sözügedən parkın layihə-smeta sənədlərinin hazırlanmasının 1 450 000 manata başa gələcəyini ehtimal edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!