Bakının bu rayonlarında binalar söküləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu rayonlarında binalar söküləcək

Sosial

11 Oktyabr 2023 09:49 43358


Bakıda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal, Səbail rayonlarındadır. Qəzalı, istismar müddətini başa vurmuş binaların söküntüsü başlasa bu rayonlardakı əksər binalar söküləcək.

Bu sözləri tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, ölkə üzrə ən pis şəhərsalma Bakı şəhərindədir. Hazırda Bakı öz içindən böyüməkdədir:

"Bakı ətrafı boş qalıb, içərilər isə həddən artıq yüklənib. Bakıda həddindən artıq istismar müddətini başa vurmuş qəzalı bina var. Bu binaların söküntüsü başlasa Bakının mərkəzi rayonlarının əksər binaları sökülməlidir. Hazırda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal, Səbail rayonlarındadır. Dominos pizza

Bu rayonlarda həm istismar müddəti bitmiş, həm dəm plansız şəkildə inşa edilmiş yeni hündürmərtəbəli binalar çoxdur. Bu rayonlarda hətta bəzi yerlərdə qəzalı bina ilə yeni inşa edilən bina o qədər yaxındır ki, qəzalı binaya bir şey olacağı təqdirdə yanındakı yeni binada ziyan görəcək.

Qəzalı binaların sökülməsi ilə bağlı qərar verilsə qeyd etdiyim rayonlarda əksər binalar söküləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Səadət
    Sabunçu qəsəbəsində çar dövründə tikilən qəzalı binalar qalır, mərkəzi yerlərdə Xruşov dövründə tikilən binalar sökülür.
    2 years ago
  • Xalida Yahyayeva
    Yasamal rayonu Murtuza Muxtarov kucəsi mərkəzi parkin yani nə vaxt sökuləcəy məlumat istərdiy
    3 years ago
  • Şərafət
    Salam Köhnə Suraxanı Əmircan qəsəbəsiində də Xruşov lahiyəsi evlər bərbad gündədir damdan su evimizə axır mənzil kommunalin rəisinin də vecinə deyil Təmirdə etdirməyə ehtiyat edirik ki birdən plana düşər Çox xaiş edirik ki bizimdə evlərə baxılsın
    3 years ago
  • Dilarə Paşayeva
    Keşlə q.D.Aslan k7ünvanında da vəziyyət bərbaddır.Siçan, siçovul evlərə doluşur, Küçədə narkoman,it,pişik,tülkü,it əlindən tərpənmək olmur.Qatar gedəndə də ev tərpənir,çatlar var.şikayətmizə baxan yoxdur ????????????
    3 years ago
  • Rafo
    Salam nerimanov rayonunda ulvi bunyadzade kucesindeki köhne yarasiz binalar havan sökülecek birdeki fayiq Yusifov 71 unvanindaki 9 mertebesi yataqxana. Havan sokulecek
    3 years ago
  • Alxanov Əlifağa
    Nərimanov rayonu, Hacı Məmmədov küç.8 binaya kənardan baxsanız təhlükəli artırmaları görəcəksiniz. Hörmətlə
    3 years ago
  • ƏSMƏR
    Salam bes nizami rayonunda ne vaxt sokuntu iwleri aparilacag?10 ilden artigdi binalari ehateye aliblar sokulecek deye,1.2 bina sokulub dayanib,bilmirik evimizi temir edek ya yox .
    3 years ago
  • Tural
    Salam nizami rayonu kamil balakişiyev 6 / 10 bu yatqxananin təmelini artiq kanazasiya solari aparim 15 ildir ki möcüzə nəticəsində bina ucmur çox tehlükeli vəziyetdədir görənlər bilir
    3 years ago
  • Ahmed
    Nərimanov metroparkin yanında KtV arxasındakı 5 mərtəbəli yataqxana qəzalı vəziyyətdədir hər an uça bilər.
    3 years ago
  • Rövşən
    Salam siz Sabuncu rayonu Bakixanovda olan binalarada nəzər yetirin burda oqədər söküləsi binalar var köhnə tikili 5 mərtəbələr
    3 years ago