Balotelli və Şahruddin komanda yoldaşları oldu

Balotelli və Şahruddin komanda yoldaşları oldu

İdman Veb saytların hazırlanması

16 Sentyabr 2023 11:16 436


İtaliyalı hücumçu Mario Balotelli Türkiyə Superliqasında çıxış edən “Adana Demirspor” klubu ilə azad agent kimi müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, klub Balotelli ilə birmövsümlük müqavilə bağlayıb. Bu müqavilənin müddətini daha 1 il uzatmaq imkanı da var.

Xatırladaq ki, bir gün əvvəl 32 yaşlı Balotelli İsveçrənin “Sion”u ilə müqaviləsinə xitam vermişdi. İtalyan futbolçu “Sion”da 19 oyun keçirib və altı qol vurub.

Ümumən isə o, İtaliya millisində 36 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Balotelli əvvəllər “Monza”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti”, “İnter” və “Adana Demirspor”da çıxış edib.

“Qarabağ” klubunun keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyev də bir müddət əvvəl “Adana Demirspor”a keçib və Türkiyə Superliqasında çıxış edən komanda ilə ikiillik müqavilə bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!