“Banka 10 min borcum var, ödəyə bilmirəm“  - Könül Xasıyeva
29 İyn 2020 14:43
588

“Banka 10 min borcum var, ödəyə bilmirəm“ - Könül Xasıyeva

"Banka 10 min borcum var, ödəyə bilmirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva deyib. O bildirib ki, uzun müddətdir heç bir gəliri yoxdur.

Hazırda Şəkidə qalan xanəndə Axşam.az-a açıqlamasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib:

"Sosial şəbəkədə xəstəxanadan olan köhnə fotomu yerləşdirmişəm. Ona görə yazıblar ki, xəstəxanadayam. Hazırda Şəkidəki evdəyəm. Səhhətimdə problemlər var, amma idarə edirəm.

Bankdan borc götürmüşdüm. Həm öz, həm oğlum Kazımın müalicəsinə, həm də anamın yasına xərclədim. Krediti ödəyə bilmirəm, bank da məni incidir".

Oxşar xəbərlər