“Barselona”nın prezidenti istefa verdi
28 Okt 2020 00:44
559

“Barselona”nın prezidenti istefa verdi

“Barselona”nın prezidenti Xosep Bartomeu istefa verib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Bartomeu ilə birlikdə İdarə Heyətinin üzvləri də vəzifələrindən ayrılmaq qərarına gəliblər.

İstefanın səbəbi prezidentə etimadsızlıq göstərilməsi olub. Məlumatın tezliklə klub tərəfindən rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Bartomeu daha əvvəl istefa verməyəcəyini bildirmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər