Baş məşqçi:  Bizim idarələrdə belə Azərbaycan dilində yox, rusca danışırlar

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçi: Bizim idarələrdə belə Azərbaycan dilində yox, rusca danışırlar

İdman

28 Sentyabr 2026 15:40 87


"Dünya çempionu İspaniya millisindəki futbolçuların hamısı ispandır? Belçika yığmasındakılar hansı dildə danışırlar? Bu gün hamı ingilis dilində danışır. Dərinə getsək, ölkəmizdə idarələrdə Azərbaycan dilində danışmırlar. İngilis və rusca danışırlar. Yəni bu, böyük söhbətdir. Biz gəlib deyək ki, Azərbaycanca danışmalısan?! Bir kafeyə girirsən, 100 nəfərdən 3-ü Azərbaycanca danışa bilir”.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov komandada əcnəbi futbolçular barədə danışarkən bildirib.

Abbasov Azərbaycan dilinin milli komandada əsas ünsiyyət vasitələrindən biri olmasını istədiyini gizlətməyib. Sezar pizza

Onun sözlərinə görə, yığmada çıxış edən legioner statuslu oyunçuların da dili öyrənməsi prosesi gedir:

“Əlbəttə, mən də istəyirəm ki, Azərbaycanca danışsınlar. Özüm futbolçularımızla Azərbaycanca danışıram. Hamı da öyrənməlidir. Bu gün qapıçı Şahrudin Məhəmmədəliyev də öyrənir, Bədavi Hüseynov da məni başa düşür. Paltardəyişmə otağımızda tərcüməçiyə ehtiyac yoxdur, hamı başa düşür və Azərbaycan sözlərini çox yaxşı qəbul edirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!