Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

Avto

02 İyun 2026 08:50 177


Yaxın Şərqdə baş verənlərlə əlaqədar əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət ölkəyə idxal edilən avtomobil mühərrik yağlarından gedir.

Bu yağlar qısa müddətdə yenidən kəskin bahalaşıb. Bazarda bəzi məhsullar üzrə qiymət artımı artıq 30 faizə çatır. Mütəxəssislər deyirlər ki, Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq daşımalarda yaranan çətinliklər qiymətlərə birbaşa təsir göstərir. Sezar pizza

Ekspert Aftil Əliyev deyir ki, bahalaşma yalnız avropamənşəli məhsullarda müşahidə edilmir, Rusiya istehsalı olan mühərrik yağlarında da qiymət artımı var.

Mütəxəssis bildirir ki, bölgədə vəziyyət sabitləşməzsə, qarşıdakı aylarda yeni qiymət artımları da istisina edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!