BDU-nun müəllimi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun müəllimi vəfat etdi

Sosial

08 Sentyabr 2022 22:59 1424


Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, universitetin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nərgiz Abas qızı Abasova vəfat edib. Sezar pizza

Qeyd edək ki, Nərgiz Abasova 1962-ci ildə Bakıda anadan olub. 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. O, 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib.

Nərgiz Abasova eyni zamanda müəllim kimi “Kriminalistika”, “Məhkəmə ekspertizası” və “Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!