Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Belqradda 9 boksçumuz mübarizə aparacaq
25 Okt 2021 11:00
348

Belqradda 9 boksçumuz mübarizə aparacaq

Bu gün Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürəcək.

Yenisabah.az xəbər verir ki, yarışda Azərbaycanın 9 idmançısı mübarizə aparacaq.

İlk yarış günündə 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov rinqə çıxacaq.

Onun rəqibi kubalı Osvel Kaballero Qarsia olacaq.

25 oktyabr

57 kq

1/32 final

Ümid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba)

26 oktyabr

51 kq

1/16 final

Məsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan)

63,5 kq

1/32 final

Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala)

92 kq

1/32 final

Rauf Rəhimov – Luis Uilliams (İngiltərə)

27 oktyabr

60 kq

1/32 final

Tayfur Əliyev – Çarles Petit-Homm (Haiti)

86 kq

1/16 final

Alfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA)

28 oktyabr

+92 kq

1/16 final

Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

29 oktyabr

71 kq

1/16 final

Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya) cütünün qalibi

30 oktyabr

75 kq

1/16 final

Mirşərif Kazımzadə - Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan) cütünün qalibi

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu iştirak edəcək. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 ABŞ dolları qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq. /Qol.az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər