Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

Sosial

28 Sentyabr 2026 15:21 353


Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsindən azad edilib.

“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla, o, Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Pepperoni pizza

B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. O, müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Bəxtiyar İsmayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!