Bəzi ərzaq məhsulları ucuzlaşdı   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ərzaq məhsulları ucuzlaşdı - SİYAHI

Sosial

11 İyun 2022 20:04 5850


Cari ilin may ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun və toyuq ətinin qiymətlərində baş verib.

Dövlət Statistika Komitəsindən Yenisabah.az-a verilən məlumata əsasən, həmin dövr ərzində kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın qiymətində bahalaşma, yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!