Bu gün Binəqədi və Sabunçu rayonlarının bir sıra ərazilərində təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, saat 10:00-dan etibarən işlər başa çatanadək 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə və Xutor qəsəbələrinin, Vorovski yaşayış massivinin, habelə Sabunçuda Səməd Vurğun və Azərbaycan qadını küçələrində qaz olmayacaq.
Telegram kanalımız