Binəqədidə yol bağlandı, AAYDA-nın cavabı müəmmalı oldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə yol bağlandı, AAYDA-nın cavabı müəmmalı oldu - VİDEO

Sosial

21 Sentyabr 2026 12:17 330


Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsindən, "Emil Petrol"un qarşısına qədər yolda hərəkət tam məhdudlaşdırılıb və yola beton baryerlər qoyulub.

Nəticədə sakinlər bir neçə kilometr yolu piyada getməli olublar. Avtomobillər və avtobuslar isə alternativ yollardan hərəkət etməyə cəhd etsələr də, tıxaclarda ilişib. pizza sifarişi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Yeni Sabah"ın sorğusuna cavab müəmmalı olub. Qurumdan bildirilib ki, sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyət yoxdur:

"Hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam sərbəstdir, hər-hansı məhdudiyyət yoxdur. Təmir işləri getmir".

Xatırladaq ki, sözügedən yolda aparılan kanalizasiya çəkilişindən sonra yolun səthində hamarlıq pozulmuşdu və çökəkliklər əmələ gəlmişdi.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!