Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ

Sosial

31 İyul 2026 19:14 124


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabirabad, Xaçmaz, Şamaxı, İsmayıllı və Şabran rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sabirabad rayonu Muğanlı, Xaçmaz rayonu Qaradağlı, Şamaxı rayonu Günəşli, İsmayıllı rayonu Kürdmaşı kəndlərində, Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 47-ci km-də və Şabran rayonu ərazisindən keçən magistral avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 227 850 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Pepperoni pizza

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!