Bir manatlıq şirkətə milyonluq tender verildi
14 Avq 2020 09:21
684

Bir manatlıq şirkətə milyonluq tender verildi

Lerik Rayon İcra Hakimiyyəti və İcra Hakimiyyəti başçısının Lerik şəhəri ərazi nümayəndəliyinin elan etdiyi Lerik şəhərində abadlaşdırma işlərinin və avtomobil yollarının əsaslı təmiri işlərinin satınalınması məqsədilə elan olunan açıq tenderlərə yekun vurulub.

Tenderlərin hər ikisinin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti olub.

Qalib şirkətə hər iki tender üçün ümumilikdə 947 min 868,9 manat ödəniləcək.

Qeyd edək ki, “Elnur-2” Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. /“MediaPost”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər