Botoks, liposaksiya, bədən şəkilləndirmə... –   Günahdır, ya günah deyil?

saytların hazırlanması

Evə çatdırılma

Botoks, liposaksiya, bədən şəkilləndirmə... – Günahdır, ya günah deyil?

Sosial

07 Fevral 2024 11:17 1268


“Estetik əməliyyatlar ümumiyyətlə diqqəti cəlb etmək, daha gözəl görünmək və ya müalicə məqsədi daşıyır. Diqqəti cəlb etmək və daha gözəl görünmək üçün yaradılışdan verilən xüsusiyyətlərin və formaların dəyişdirilməsi təbiətə zidd hesab edilir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov bildirib. 

Onun sözlərinə görə təbiətə zidd hesab edilən bu proseslər İslam dinində qadağandır: pizza sifarişi

“Əgər burunda ət əmələ gəlsə, onun əməliyyatla götürülməsi şəriətimizə görə icazəli hesab edilir. Buna görə də nəfəs almağa mane olan burun ətinin müalicə olunub çıxarılmasında dini qadağa yoxdur. Cərrahiyyə əməliyyatı zamanı hiylə işlədərək və ya aldatmaq məqsədi ilə, həmçinin əks cinsə oxşamaq niyyəti ilə edilməyən estetik əməliyyatların zəruri olduğu durumlar İslamda qadağan deyil. Bundan əlavə, yuxarıdakı şərtlərə uyğun gələn hallarda plastik cərrahiyyə həkiminin plastik əməliyyat etməsinin heç bir günahı da yoxdur. 

Botoks etdirmək də dinimizdə icazəli hesab edilmir. Dediyimiz kimi, ancaq zəruri durumlarda, məsələn, ayaqların yoxluğu halında ayaq qoydurmaq, əllərin yoxluğu halında əllərin qoyulması qadağan hesab olunmur, çünki bunlar zərurətdən irəli gəlir. Ancaq arıq bədəni, bədənin hansısa üzvünü zərurət olmadan süni yolla şişirtmək dinimizdə qadağandır. İslam dini insana xüsusi yer vermiş, insanın bədən formasına diqqət göstərməsini bildirmişdir. İnsanın yaradılış mərhələsindən tutmuş, dünya həyatından ölümə və ondan sonrakı dövrlərə, fərdi həyatdan ictimai fəaliyyətlərə, mənəvi və emosional aləmdən tutmuş insan həyatının hər bir mərhələsi Qurani-Kərimdə bizə bildirilib”.

İlahiyyatçı qeyd edir ki, İslamda insanın fitri xüsusiyyətlərinin və şəklinin dəyişdirilməsi və bu məqsədlə hər cür estetik və tibbi müdaxilələr xoş qarşılanmır:

“Bunlar təbiəti pozmağa yönəlmiş müdaxilələr kimi qəbul edilmişdir. Təbiəti pozmağa və yaradılışı dəyişdirməyə yönəlmiş təmayüllər və müdaxilələr İslamda qadağandır (“Nisa” 4/119). Peyğəmbərimiz (s.) bədəni bəzəmək məqsədilə döymə, tatu etdirənə, özünü yaxşı göstərmək üçün dişlərini bəzəkli formalarda kəsdirənləri və s. kimi zərurət olmadan bədənini dəyişdirənləri yaradılışı dəyişdirmək, təbiəti korlamaq kimi qiymətləndirmiş, bunu edənləri və ya etdirənləri qınayıb (Buxari, Libas). , 83-87; Müslim, Libas, 33).

Fəqət bədənin hər hansı bir orqanında başqa insanlar tərəfindən qəribə qəbul edilən və insana psixoloji təsir göstərə bilən anormallıq və ya artıqlıq, əsklik varsa, bunun cərrahiyyə yolu ilə düzəldilməsi təbiətin pozulması deyil, müalicə prosesidir. Terapevtik məqsədlə edilən estetik müdaxilələrə dinimizdə icazə verilir. 

Arfaca adlı bir səhabənin burnu müharibədə qırıldıqdan sonra gümüşdən burnu var idi. Pis qoxu gəldiyi üçün Peyğəmbər ondan qızıl burun taxmasını istəyib. (Əbu Davud, Hatəm, 7; Tirmizi, Libas, 31). Buna uyğun olaraq, xəstəlik ucbatından saçlarını itirənlər, qəza nəticəsində burun, qulaq, göz kimi orqanlarını itirənlər və ya bədənində anadangəlmə və ya qazanılmış deformasiyaları olanlar bir müalicə növü olaraq plastik əməliyyat etdirə bilərlər və belə etmək insan təbiətinə ziyan vurmaq hesab edilmir. Beləliklə, plastik əməliyyata sağlam fitri təbiəti pozmaq niyyətində olmamaq şərti ilə icazə verilir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!