Brilliant Dadaşova 90-cı illərdə   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşova 90-cı illərdə - VİDEO

Şou

02 Mart 2025 17:17 302


Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə arxiv videosunu paylaşıb.

Yenisabah.az xəbər verir ki, həmin görüntülərdə mərhum Xalq artisti Mirzə Babayev də yer alıb. Konsertdən lentə alınan kadrları izləyiciləri ilə bölüşən sənətçi bunları yazıb:

"1990-cı illərdə Moskvada "Ostankino" zalında konsert verən ilk azərbaycanlı müğənni idim. Hərçənd ki, bu ilklər fəaliyyətimdə çoxdur, amma birincilik, statistika, kəmiyyət mənim üçün heç vaxt önəmli olmayıb. Keyfiyyət, musiqi və sevgi daha vacibdir. Necə həyəcan və məsuliyyətlə görüşə hazırlaşırdıq. Mirzə dayı ilə içdən, səmimən duetlər oxumuşduq. Musiqimizin dili qəlbimizin dili ilə eyni idi o zamanlar. Yaxşı ki, məni dinləyənlər də dəyişməyib". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!