Bu daşınmaz əmlak agentlikləri vətəndaşları aldadır   - ŞİKAYƏT

saytların hazırlanması

Evə çatdırılma

Bu daşınmaz əmlak agentlikləri vətəndaşları aldadır - ŞİKAYƏT

Sosial

24 Sentyabr 2026 18:58 627


Sosial şəbəkələrdə Bakıda mənzil kirayəsi adı altında vətəndaşların etibarından sui-istifadə edən şəxslərlə bağlı növbəti xəbərdarlıq paylaşılıb.

“Yeni Sabah” xəbər verir ki, "Facebook" sosial şəbəkəsindəki "KİRAYƏ MƏNZİL Verirəm/Axtarıram / Bakıda" qrupunda Nərmin Şahbaz adlı istifadəçi "Güvən əmlak" və "Qafqaz əmlak" adları altında fəaliyyət göstərən şəxs tərəfindən aldadıldığını iddia edib:

"Güvən əmlak" və "Qafqaz əmlak" adı ilə paylaşımlar edir, axırda öz səsi ilə etiraf elədi. Fırıldaqçıdır, beh istəyir." pizza mizza

Paylaşılan vatsap yazışmalarından görünür ki, özünü daşınmaz əmlak üzrə mütəxəssis kimi təqdim edən şəxs fərqli ev elanları üçün eyni səs yazılarını göndərərək ev sahiblərinin xaricdə olduğunu bəhanə edir və mənzili saxlamaq üçün öncədən beh tələb edir.

Ekspertlər bu cür hallarla qarşılaşmamaq üçün vətəndaşlara mənzilə baxış keçirmədən, ev sahibi və ya rəsmi nümayəndəsi ilə üzbəüz görüşmədən öncədən heç bir beh və ya ödəniş etməməyi tövsiyə edir.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!