Bu ərazidə su olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə su olmayacaq

Sosial

21 Sentyabr 2026 11:42 92


Göygöl şəhərində su xəttində baş verən qəza səbəbindən bir sıra ərazilərə suyun verilişində müvəqqəti fasilə yaranıb.

Bu barədə "Yeni Sabah"a Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Göygöl şəhəri Əziz Əliyev küçəsində diametri 180 mm olan polietilen su xəttində qəza baş verib. pizza

Qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərin Qaçaq Nəbi, Koroğlu, Həzi Aslanov, Şəhriyar, Vidadi, İsrafil Məmmədov, Mikayıl Müşfiq, Bülbül, Qara Qarayev, İqbal Verdiyev, Ordubadi, Babək, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Dilqəm Verdiyev, Əziz Əliyev, Ələğa Şıxlinski və Cəfər Cabbarlı küçələri, həmçinin Qızılqaya qəsəbəsində su təminatında müvəqqəti fasilə yaranıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Suyun verilişinin bu gün axşam saatlarında bərpa olunması nəzərdə tutulur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!