İngiltərənin Bukingemşir bölgəsində, Temza çayının üzərində yerləşən kiçik adalardan birində daşqınlara qarşı xüsusi ev tikilib.
“Yeni Sabah” xəbər verir ki, "Formosa" adlı bu ev adi günlərdə digər evlər kimi torpağın üzərində dayanır. Lakin çay daşaraq ərazini su basdıqda evin quruluşu dəyişir. Binanın altında yerləşən beton əsas suyun qaldırma qüvvəsi nəticəsində yuxarı qalxır və evi də özü ilə birlikdə qaldırır.
Evi saxlayan dörd şaquli dirək isə binanın suyun axını ilə sürüklənməsinin qarşısını alır. Beləliklə, ev yalnız yuxarı və aşağı hərəkət edir. Evdə həyatın davam etməsi üçün su və elektrik xətləri də xüsusi şəkildə hazırlanıb. Təsərrüfat xətləri elastik borular vasitəsilə evə birləşdirilib. Pepperoni pizza
Bu quruluş sayəsində ev suyun üzərində 3 metrədək yüksəlsə belə, su və elektrik bağlantıları qopmur. Su çəkildikdən sonra isə bina yenidən əvvəlki vəziyyətinə qayıdır.
Layihəni hazırlayanlar bildiriblər ki, ev 2019–2020-ci illərin qışında baş verən güclü daşqınlar zamanı sınaqdan keçib və problemsiz şəkildə yüksəlib, daha sonra əvvəlki vəziyyətinə qayıdıb. Bununla belə, evin su ilə birlikdə qalxması onun daşqın zamanı zədələnməsinin qarşısını alsa da, güclü sel xəbərdarlığı zamanı binanın içərisində qalmaq təhlükəsiz hesab edilmir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız