Dünyaca məşhur Kayli Cenner illərdir tikintisi davam edən dəbdəbəli malikanəsini ilk dəfə nümayiş etdirib. 15 milyon dollara aldığı evin hələ də tam hazır olmadığı məlum olub.
“Yeni Sabah” xəbər verir ki, 28 yaşlı realiti-şou ulduzu və kosmetika biznesinin sahibi Kayli 2020-ci ildə müğənni Miley Cyrusdan aldığı Kaliforniyanın Kalabasa şəhərindəki malikanəni izləyicilərinə göstərib.
O, evin tikintisinin təxminən altı ildir davam etdiyini bildirib. Kayli “YouTube” kanalında yayımladığı videoda tikinti sahəsinə gedərək malikanənin hazırkı vəziyyətini nümayiş etdirib. Pepperoni pizza
“Tikinti sahəmə gedirəm. Təxminən altı ildir ev tikirəm. Bu mülkü 2020-ci ildə almışdım”, - deyə Cenner bildirib.
Malikanənin girişində xüsusi daş örtüyü, lavanda və zeytun ağacları salınıb. Cenner həmçinin bacısı Kendall Cennerin evində aparılan təmir zamanı çıxarılan gənc zeytun ağaclarını öz həyətinə köçürdüyünü deyib.
Evin tikintisi başa çatdıqdan sonra burada 12 avtomobillik yeraltı qaraj, bunker, 15 yataq otağı, böyük hovuz və idman meydançasının olacağı bildirilir.
Təxminən 30 min kvadratmetr sahəyə malik olacaq malikanənin tikintisinin nə vaxt tam başa çatacağı isə açıqlanmayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız