Xəbər verdiyimiz kimi, Azərbaycanın rayonlarında hava soyumağa başlayıb. Bu soyuq hava dalğası qardaş ölkə Türkiyədə də təsirli olacaq.
Yenisabah.az xəbər verir ki, Meteorologiya Departamenti aprelin 2-nə olan hava proqnozunu açıqlayıb. Yeni hesabata əsasən, ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür. Temperatur 6 dərəcə aşağı enməkdə davam edəcək. Yağışlar növbəti 5 gün ərzində də təsirli olacaq.
Proqnoza görə, bütün ölkə ərazisinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, şimşək çaxacağı təxmin edilir. Yağışlar Qərbi Aralıq dənizi sahilləri, Şərqi Aralıq dənizi, Cənub-Şərqi Anadolunun qərbi, Şərqi Anadolunun cənub-şərqi və Kocaeli, Muğla, Düzce, Bolu, Tunceli, Bingöl və Siirt ətrafında yerli olaraq güclü olacağı gözlənilir. Aralıq dənizi, Cənub-Şərqi Anadolu və Cənub-Şərqi Şərqi Anadoluda toz daşımalarının görüləcəyi təxmin edilir.
Şimal və şərq rayonlarında havanın temperaturunun 3-6 dərəcə aşağı enəcəyi, digər yerlərdə isə ciddi dəyişikliyin olmayacağı bildirilib.
Aytac Şahin
Telegram kanalımız