Bu küçələrdə avtomobil sürənlər diqqətli olsun:   YENİ QAYDALAR GƏLİR

saytların hazırlanması

Evə çatdırılma

Bu küçələrdə avtomobil sürənlər diqqətli olsun: YENİ QAYDALAR GƏLİR

Sosial

28 Sentyabr 2026 13:03 131


Bakının mərkəzində piyada zonalarının əhatə dairəsi genişləndirilir.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması artıq yalnız həftəsonlarını deyil, həftənin bütün günlərini əhatə edəcək. Pepperoni pizza

Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, həmçinin Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.

Yeni qaydaların oktyabrın 5-dən test rejimində tətbiqinə başlanılacaq. Məhdudiyyətlərin əsas məqsədi piyada hərəkətinin təşviqi, daha rahat və təhlükəsiz şəhər mühitinin yaradılması, həmçinin şəhər mərkəzinin turizm və biznes potensialının inkişaf etdirilməsidir.

Fərdi parklanma talonuna malik sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!