Bu marşrutdan istifadə edənlərə   SEVİNDİRİCİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu marşrutdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Sosial

16 İyun 2026 19:17 220


Bakının Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, marşrut xəttində avtobusların bir qismi ötən ilin sentyabrında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur. Sezar pizza

İyunun 17-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan "King Long" markalı avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!